Ağstafada ağacəkmə aksiyası keçirilib - FOTO
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağstafada ağacəkmə aksiyaları davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlərin, o cümlədən ağacəkmə aksiyalarının təşkili işləri davam etdirilir.
Mubarizciler.az ın məlumatına görə, ağacəkmə aksiyaları rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarını əhatə edir və Ağstafa RİH başçısı Seymur Orucov, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, könüllü gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Aksiyalar çərçivəsində Bakı-Qazax-Gürcüstan və Ağstafa-Sadıqlı-Gürcüstanla dövlət sərhəddi avtomobil yollarının rayon ərazisində keçən hissələri boyunca - Ağstafa şəhəri, Saloğlu qəsəbəsi, Köçəsgər, Qırılı, Dağ Kəsəmən, Xətai, Poylu, Köçvəlili və Muğanlı kənd yaşayış məntəqələrində eldar şamı, sərv, göyrüş, akasiya və tut növlərindən olan on mindən çox ağac tingi əkiləcəkdir. Ekoloji sağlamlığın və ətraf mühitin qorunması məqsədi ilə salınan yaşıllıq zonalarına bütün zəruri aqrotexniki qulluq göstərilir.
Xəbəri paylaş