Anar Məmmədovun təşəbbüsü ilə Qazi ailəsi evində ziyarət edilib - FOTO
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin deputatı Anar Məmmədov daim Şəhid və Qazi ailələrini diqqət mərkəzində saxlayır və onların qayğıları ilə maraqlanır.
Mubarizciler.az ın məlumatına görə, Deputat Anar Məmmədovun təşəbbüsü ilə köməkçisi Elçin Cahangirov bu gün Tərtər şəhər sakini, Birinci Qarabağ müharibəsinin veteranı, qazi Məmmədov Rövşənin evində oldu, ailənin qayğıları ilə maraqlandı.
Keçirilən görüşdə Deputat Anar Məmmədovun köməkçis Elçin Cahangirov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin məsul əməkdaşı Pərviz Murtuzayev iştrak etmişdir.
Rövşən Məmmədov bu gün ölkəmizdə Şəhid ailələri və Qazilərlə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Sonda Depuat tərəfindən göndərilmiş ərzaq,yardımı Qazi Rövşən Məmmədova təqdim edildi.
Xəbəri paylaş