Xəbər lenti

Goranboyda “Ailədə uşaqların hüquqları və valideynlik öhdəlikləri” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Tarix: 18-10-2024 22:14     Baxış: 721

17 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə Səfikürd kənd tam orta məktəbində “Ailədə uşaqların hüquqları və valideynlik öhdəlikləri” mövzusunda maarifləndirici  görüş təşkil olunub.

Mubarizciler.az ın məlumatına görə, Görüşdə UADM əməkdaşları, məktəbin psixoloqu, valideynlər iştirak ediblər.

Mərkəzin direktoru Sənəm Alxasova çıxış edərək uşaqların hüquqları, valideyn öhdəlikləri, ailədə uşaq-valideyn münasibətlərinin düzgün qurulmasından danışıb, sağlam düşüncəli, özgüvənli, cəmiyyətə yararlı şəxslər yetişdirməyin əhəmiyyətini vurğulayıb. Məktəbin psixoloqu Lamiyə Kərimova çıxışında valideynlər və uşaqlar arasında münasibətlərdən, uşaqların yaş dövrlərinə uyğun olan psixoloji xüsusiyyətlərdən bəhs edib.

Yekunda iştirakçıların sualları cavablandırılıb, “Ailədə uşaqlara psixososial dəstəyin göstərilməsi” adlı maarifləndirici bukletlər paylanılıb, “Ailədə uşaqların hüquqlarını qoruyaq!” adlı təqdimat nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar