Xəbər lenti

Gəncədə anım tədbiri keçirilib - FOTO

Tarix: 17-10-2024 20:25     Baxış: 1 078

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncənin növbəti dəfə raket atəşinə məruz qalmasının dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, gənc alim Elnur Həsənov, müəllim və şagirdlər iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin davamında videoçarx nümayiş etdirilib və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş olunub. 

Gənc alim Elnur Həsənov çıxış edərək bildirib ki, təhsilin, elmin həyatımızda ən önəmli yeri vətənpərliklə bağlıdır. O, həmçinin xalqımızın 44 günlük Vətən müharibəsində birlik və dözümlülük nümayiş etdirdiyini vurğulayıb.

Xatırladaq ki,  2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini növbəti dəfə raket hücumuna məruz qoyub.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.Terror zamanı 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar