Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Anar Qədiməliyev vətəndaşları qəbul edib - FOTO

Tarix: 16-10-2024 21:14     Baxış: 2 345

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən vətəndaş qəbulu həyata keçirilib. 

Mubarizciler.az ın məlumatına görə, Vətəndaş qəbulunda həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları Altun Rəcəbli və Bəylər Adıgözəlzadə də iştirak ediblər. 

Vətəndaş qəbulunda işə qəbul, dərs saatlarının artırılması, çalışmanın yaş həddi çatmış şəxslərlə müqavilənin artırılması və digər məsələlərlə bağlı müraciətlər qeydə alınıb. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən hər həftənin müəyyənləşdirilmiş günləri vətəndaş qəbulu həyata keçirilir.

Həftənin bazar ertəsi günü idarənin müdir müavini Rövşən Kərimov, çərşənbə günü idarənin müdiri Anar Qədiməliyev, cümə axşamı isə İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov tərəfindən vətəndaş qəbulu həyata keçirilir.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər 146-0-2 Çağrı Mərkəzinə zəng etməklə və ya GDRTİ-nin inzibati binasına yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə əvvəlcədən qeydiyyatdan keçə bilərlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar