Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Seymur Nazarov: Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi

Tarix: 13-02-2023 01:45     Baxış: 1 979


Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi

Müzəffər Azərbaycan ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək torpaqlarımızı işğal altından azad etdi. 

Şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün bərpası eyni zamanda  tarixi ədalətin bərpası idi. Haqq-ədalət uğrunda mübarizə aparan ordu mütləq qalib gəlməli idi. Həm də ona görə ki, uzun illər ərzində biz bu amalla yaşamışdıq. Azərbaycan xalqı hər zaman torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə tam hazır idi.

Prezident cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. Amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi. Əslində Ermənistan rəhbərliyinin cənab Prezident İlham Əliyevin qarşısında çarəsiz duruma düşməsi birinci dəfə deyildi. Münhen şəhərində baş tutan debat zamanı İlham Əliyev bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix və siyasət dərsi vermişdi.44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar  gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın  əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi.


Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu. Böyük Qələbənin əldə olunmasında bütün qoşun növlərinin öz xidmətləri vardır. 44 gün ərzində ərazilərimizin işğaldan azad olunmasında xüsusi təyinatlı qüvvələrin əvəzsiz xidmətləri olmuşdur. Aviasiya və pilotsuz uçuş aparatlarından səmərəli istifadə isə itgilərimizin minumuma endirilməsinə səbəb olmuşdur. Döyüş əməliyyatlarında Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlıqları haqqında hər gün yeni-yeni faktlar oxuyuruq. Ordumuzun 400 nəfərlik rəşadətli xüsusi təyinatlı qüvvələri Şuşada möhkəmləndirilmiş 3000 dən çox erməni döyüşçüsünün  bir hissəsini məhf etmiş, qalan hissələrini isə qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşa Rəşadətli Azərbaycan Ordusu tərəfindən bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan azad edildi. Tarixdən xatırlayırıq ki, Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə Şuşa şəhərini 33 gün müddətində mühasirədə saxlasa da şəhərə daxil ola bilməmişdir.Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı işğaldan azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək Azərbaycan əsgərinin qarşısından qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı qüvvələrimiz 1500 nəfərlik Erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgərləri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda Erməni əsgərləri yaşlı qocaları yaşayış məntəqələrində qoyub qaçmışlar.Beləliklə Azərbaycan 27 sentyabr 2020-ci ildə başlayan ikinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Şanlı ordumuz bu müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını, Şuşa şəhərini, Hadrut qəsəbəsini və Dağlıq Qarabağdakı bir çox yaşayış məntəqələrimizi işğaldan azad etdi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə heç bir itki vermədən işğaldan azad olundu. Düşmən darmadağın edildi, Ermənistan dərin hərbi-siyasi böhrana düçar oldu. Azərbaycan ordusunun məhv etdiyi və qənimət götürdüyü düşmənə məxsus hərbi texnikaların qiymətləri milyard dollarla hesablanır. Belə ki, 53 tank əlehinə vasitə, 4 ”Smerç”, 97 “Qrad”, 2 “Uraqan”, 1 ”Yars”, 1 ”Tos” ağır odsaçan sistemi, ”S-300” zenit raket kompleksləri-7 atıcı qurğusu, 1-radiolokatırı  və  2 aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 “Tor” zenit raket kompleksi, 40 “Osa” zenit raket kompleksi, 4 “Kub” zenit raket kompleksi, 1 “Kruq” zenit raket kompleksi, 14 “Zastava” ZRK, 2 ”S-125ZRK”, 2 “Elburus” əməliyyat taktiki raket kompleksi, 1 ”Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 ”R-142” komanda  gərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, “Repplent” radiotexniki maneə vasitəsi, 28 “Akasiya” və “Qvodzika” özüyeriyən artileriya qurğusu, 315 müxtəlif çaplı top, 63 mina atan, 10-xüsusi avtomobil, 7-komanda məntəqəsi, 11-sursat anbarı, 287 tank, 69 piyadaların döyüş maşını, 252 yük maşını, 5-“SU-25” döyüş təyyarəsi,  onlarla pilotsuz uçuş aparatları, saysız hesabsız atıcı silahlar, möhkəmləndirilmiş istehkam qurğuları  və.s. Bu onsuzda borc içində üzən Ermənistan üçün sarsıdıcı zərbədir.44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi.Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və  8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət  bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi.Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi.

 Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd ediləcək. 


Seymur Fazil oğlu Nazarov

Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar