Xəbər lenti

Siyəzən polisi məktəblilərlə görüşüb - FOTO

Tarix: 15-10-2024 10:18     Baxış: 777

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində  “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda mövzu ilə bağlı videoçarxlar nümayiş olunub və  məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar