Goranboyda Xəyal Məmmədovun rəhbərliyi ilə görüş keçirilib - FOTO
14 oktyabr 2024-cü il tarixdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları Altun Rəcəbli,Bəylər Adıgözəlzadə,Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun və sektor əməkdaşlarının iştirakı ilə sektor tabeliyində fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə "Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar"a dair və "Vətəndaş qəbulu və vətəndaş məmnunluğu mövzusunda görüş keçirildi.
Mubarizciler.az xəbər verir ki, Görüşdə operativ məlumat verilməsinə aid olan xüsusi hallar, xüsusi hal baş verdiyi zaman təhsil müəssisələrinin rəhbərlərinin vəzifələri və məsuliyyəti barədə məlumatlar, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi, yerlərdə vətəndaşların operativ qəbul edilərək düzgün məlumatlandırılması müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.Bundan başqa görüşdə lV, VI və IX siniflərdə müvafiq fənlər üzrə tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edən intensiv monitorinqlərin təşkili və digər məsələlərlə bağlı aylıq hesabatların hazırlanması, nəzarət prinsipinin təkmilləşdirilməsi ilə bağlı da tapşırıqlar verilib.
Xəbəri paylaş