Xəbər lenti

Daşkəsəndə Şəhidlərin anım və mövlud günləri qeyd edilib - FOTO

Tarix: 14-10-2024 17:58     Baxış: 224

Oktyabrın 13-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri gizir Abdullayev Şəhriyar Kamil oğlunun və gizir İsmayılov Novruz Nurəddin oğlunun xatirələri anılıb.

Mubarizciler.az xəbər verir ki, Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha başsağlığı verib, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb, ölkə rəhbərinin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.

Digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan oğullarının, o cümlədən Şəhriyar Abdullayevin və Novruz İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söz açıblar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar