Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Xalq şairi Məmməd Arazın anadan olmasının 91 ili tamam olur

Tarix: 14-10-2024 17:52     Baxış: 1 120

Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 91 ili tamam olur

Mubarizciler.az xatırladır ki, Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunda anadan olub. O, 

Azərbaycan Pedaqoji İnstitutunda, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında, “Ulduz” jurnalında, “Ədəbiyyat və İncəsənət” qəzetində işləyib. Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları ona böyük şöhrət gətirib. Onun əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. Məmməd Araz “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “İstiqlal” ordeni ilə təltif edib. Böyük sənətkar 2004-cü ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar