Xəbər lenti

Vüqar Novruzov “PMD Hospitality”-nin baş icraçı direktoru Uygar Kocaşı qəbul edib - FOTO

Tarix: 14-10-2024 17:09     Baxış: 273

“PMD Hospitality”-nin icraçı direktoru Naftalanda olub 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “PMD Hospitality”-nin baş icraçı direktoru Uygar Kocaşı qəbul edib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə şəhərin turizm potensialından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoyduğu vurğulanıb. 

Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə yerli və xarici turistlərin diqqətini daha çox cəlb edən kurort şəhərlərindən birinə çevrilib. Statistik təhlillər göstərir ki, Naftalana gələn xarici turistlərin ildən-ilə həm sayı artır, həm də coğrafiyası genişlənir. 

Səmimi qonaqpərvərliyə görə məmnunluğunu ifadə edən cənab Kocaş bildirib ki, ilk gündən “PMD Hospitality”-nin məqsədi Azərbaycanın qeyri-neft sektorunun böyüməsi və turizm ekosisteminin inkişafında töhfəsi olaraq müxtəlif otelçilik aktivlərini yaratmaq, yerli peşəkar insan resurslarını artırmaq, korporativ sosial məsuliyyəti təmin etməkdir. 

Bizdə öz növbəmizdə sürətlə inkişaf edən tibbi turizm və sağlamlıq məkanı Naftalanda otelçiliyin inkişafında əlimizdən gələni əsirgəmirik.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar