Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi - FOTO

Tarix: 11-10-2024 16:40     Baxış: 273

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  İclasda rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon 

fəalları iştirak etdilər.  

Mubarizciler.az xəbər verir ki ki, Şurada,  “Cari ilin 9 ayı ərzində Goranboy rayonunun  sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrində görülmüş işlər barədə”, “Şəhid ailələri və qazilərlə yerlərdə keçirilən silsilə görüşlərin təhlili barədə”, “Rayon ərazisində magistral avtomobil yolları və əsas turizm marşurutları üzrə aparılan abadlıq işləri və qanunsuz tikililərin qarşısının mövcud qanunvericiliyin tələblərinə əsasən, alınması barədə”, “Vətəndaş müraciətlərinə baxılması barədə”, “Rayonun xidmət sahələrində qışa hazırlığın vəziyyəti barədə” və  rayonun həlli vacib digər məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, işlərin Tədbirlər Planına uyğun operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyələr verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar