Xəbər lenti

Yasamalda “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” mövzularında maarifləndirici tədbir keçirilib - FOTO

Tarix: 11-10-2024 12:40     Baxış: 1 197

Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti” mövzularında maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb 

Tədbirdə iştirak edən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkomaniyanın qarşısının alınması, yetkinlik yaşına çatmayanların narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində görülən profilaktik tədbirlərdən danışıb, yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidləri ilə bağlı zəruri məlumatlar verib, həmçinin neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında da məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Sonda şagirdlərin mövzularla bağlı sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar