Ağstafada növbəti səyyar qəbul keçirilib - FOTO
Ağstafa RİH başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Mubarizciler.az xəbər verir ki, Zəlimxan kənd tam orta məktəbin həyətində təşkil olunan növbəti səyyar qəbulda yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, beynəlxalq miqyasda günü-gündən artan nüfuzundan, hərbi qüdrətindən söz açıb, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq, müxtəlif infrastruktur layihələr barədə məlumat verib.
Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan məsələlər ətrafında aidiyyəti üzrə məsul şəxslərlə geniş müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.
Xəbəri paylaş