Xəbər lenti

Hacıqabulda "Diqqət uşaqlar" devizi altında tədbir keçirilib - FOTO

Tarix: 10-10-2024 14:10     Baxış: 392

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən respublika  ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 5 saylı tam orta məktəbdə hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə görüş keçirilib. 

Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Sübhan İsgəndərov bildirib ki, keçirilən maarifləndirici tədbirin əsas məqsədi şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır.

Daha sonra çıxış edən yol patrul xidmətinin əməkdaşları və digər iştirakçılar məktəblilərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışaraq nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat veriblər.


Görüşün sonunda məktəblilərə hədiyyələr təqdim olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar