Xəbər lenti

Gəncədə Fəaliyyət planı ilə bağlı görüş keçirilib - FOTO

Tarix: 09-10-2024 21:03     Baxış: 1 050

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, sektor müdirləri və GDRTİ-nin əməkdaşlarının iştirakı ilə Fəaliyyət planı ilə bağlı görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə PİSA 2025 hazırlıq , BilBacar müsabiqəsi, Celebry platforması, təhlükəsiz məktəb mühiti, şagird davranış qaydaları, inklüziv təhsil, ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədi müvafiq tədbirlərin görülməsi, müvafiq təhsilalanların beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, IELS) iştirakının təmin olunması, COP29 ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Bundan başqa görüşdə lV, VI və IX siniflərdə müvafiq fənlər üzrə tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edən intensiv monitorinqlərin təşkili və digər məsələlərlə bağlı aylıq hesabatların hazırlanması, nəzarət prinsipinin təkmilləşdirilməsi ilə bağlı da tapşırıq verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar