Heydər Əliyev adına liseydə “Diqqət, uşaqlar!” aylığı ilə əlaqədar maarifləndirici tədbir keçirilib - FOTO
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Xətai Rayon Polis İdarəsinin və Xətai rayon DYP Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisindəki Heydər Əliyev adına liseydə “Diqqət, uşaqlar!” aylığı ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Yüzə yaxın məktəblinin, eləcə də valideyn və təhsil işçilərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən məruzəçilər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Daha sonra məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub və onları maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş