Xəbər lenti

Təhsilin İnkişafı Forumu keçirilir - FOTO

Tarix: 08-10-2024 13:27     Baxış: 833

Bu gün Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.

Mubarizciler.az ın məlumatına görə, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, “Kapital Bank”, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp və “Lenovo”nun sponsorluğu  ilə həyata keçirilən Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir.

Forum çərçivəsində 3 moderator və 21 spiker “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə "Biliyi dəyərə çevirən sinerji", “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müxtəlif mövzular haqqında müzakirələr aparacaqlar.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar