Xəbər lenti
10-11-2024, 18:46
 

DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi Akademiyada keçirilən açıq dərsdə iştirak edib - FOTO

Tarix: 07-10-2024 21:31     Baxış: 483

07 oktyabr 2024-cü il tarixində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsi, həmçinin gələcək xidmətə münasibətdə həvəsləndirmə və dayanıqlığın formalaşdırılmasını təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssisin iştirakı ilə mühazirə dərsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Polis Akademiyasının mətbuat xidməti məlumat yayıb.

“DİO-da əməliyyat-axtarış fəaliyyəti” fənni üzrə keçirilən interaktiv dərsdə qonaq qismində iştirak edən DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov “DİN-in əməliyyat-axtarış fəaliyyətinin təşkili” mövzusundan bəhs edib. 

Mühazirədə DİO-nun əməliyyat-axtarış fəaliyyətinin hüquqi əsasları, prinsipləri, cinayət-axtarış xidmətlərinin təşkili və əsas struktur qurumlar və axtarış işinin təşkili, əməliyyat-axtarış fəaliyyətində dövlət sirlərinin təmin edilməsi istiqamətlərində ətraflı məlumatlar verilib. 

 Mütəxəssisin iştirakı ilə keçirilən mühazirə dərsi kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaq tərəfindən cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar