Xəbər lenti

Goranboyda “Beynəlxalq Müəllimlər Günü” qeyd edilib FOTOLAR

Tarix: 05-10-2024 15:24     Baxış: 1 162

Goranboy rayonunda “Beynəlxalq Müəllimlər Günü” qeyd edildi.

“5 oktyabr-Beynəlxalq Müəllimlər Günü“ münasibəti ilə, Goranboy rayonunda tədbir keçirildi. Tədbirdə,  rayon İcra Hakimiyyətinin başçısı, Goranboy və Naftalan rayonları üzrə Təhsil sektorunun rəhbərliyi, bir qrup təhsil işçiləri, o cümlədən: təhsil sahəsində çalışan Şəhid ailələri və qazilər iştirak etdi.

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa arxasında davam etdirildi.

 İcra başçısı Məhərrəm Quliyev tədbirdə çıxış edərək, ölkədə təhsilin inkişafına dövlət dəstəyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb“ layihəsinin Azərbaycan təhsilinə qazandırdığı uğurlardan danışdı. 

Təhsildə fərqlənən bir qrup müəllimlər rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələrlə təltif edildilər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar