Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Gəncədə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib FOTOLAR

Tarix: 05-10-2024 10:04     Baxış: 1 491

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahnaz Haşımova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə şəhər Mərkəzi Klinikasının ürək və damar şöbəsinin rəhbəri Vüqar Qapaqov, GDRTİ-nin əməkdaşları və təhsil işçiləri iştirak ediblər. 

Tədbirdə iştirak edən rəsmi qonaqlar çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışıb və müəllimlərə bu  çətin və şərəfli peşələrində uğurlar arzu ediblər. 

Daha sonra bir qrup təhsil işçisi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təltif olunublar.

Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar