Xəbər lenti

Seymur Orucov növbəti səyyar qəbul keçirdi FOTOLAR

Tarix: 04-10-2024 17:00     Baxış: 2 891

Ağstafa rayon Muğanlı kənd tam orta məktəb binasında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, RİH başçısı Seymur Orucov giriş nitqində 4 oktyabr - Cəbrayıl Şəhəri Günü münasibəti ilə hər kəsi təbrik edərək diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədi. Vətən müharibəsindəki ilk ciddi uğur məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində bütün işğaldan azad olunan ərazilərə köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan həmvətənlərimizin səsi ata-baba ocağından gəlir, onlar dövlətimiz tərəfindən tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlıyıblar. Bu gün qalib xalqımız hər bir sahədə Ulu Öndər Heydər Əliyev siyasətinin zəfərlərinin təntənəsini iftixar və qürur hissi ilə yaşayır.  

Səyyar qəbulda Muğanlı sakinləri tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar