Xəbər lenti

Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub - FOTO

Tarix: 04-10-2024 16:51     Baxış: 252

Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub

Mubarizciler.az ın məlumatına görə, Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyinin tamam olması ilə əlaqədar  Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə oktyabrın 4-də tədbir keçirilib.

Görüş zamanı Rüstəm Usubovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə, istintaqa nəzarət sahəsində  səmərəli fəaliyyəti qeyd edilib. 

Rüstəm Usubov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkili çəkdiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar