Hacıqabulda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib FOTOLAR
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 10 saylı Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Mubarizciler.az ın məlumatına görə, Görüşdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov çıxış edərək ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, bu qanunsuz əməllə məşğul olan hər bir şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılır və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülür. Siz şagirdlər isə belə şəxslərdən kənar gəzməli, digər şəxslərə örnək olmalı və təhsilinizdə daima uğurlar qazanmalısız.
Görüşdə çıxış edən digər iştirakçılar şagirdlərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda “ağ ölüm”ün zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
Xəbəri paylaş