Baş verən qəzada ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB + FOTO
Baş verən qəzada ölənlərin sayı 4-ə çatıb
Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.
“Report”un Şimal bürosunun məlumatına görə, rayon sakini, “Audi” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
16:47
Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş verən hadisə zamanı üç nəfər ölüb, bir nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün saat 15:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində üç nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib:
“Belə ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək, yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan üç nəfər şərnişin isə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş