Xəbər lenti

Qubada polis "Narkomaniya ümumbəşəri bəladır!" adlı tədbir keçirib FOTOLAR

Tarix: 04-10-2024 11:57     Baxış: 273

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Vəlvələ kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.

Mubarizciler.az xəbərverirki, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Narkomaniya ümumbəşəri bəladır!" devizi altında keçirilən tədbirdə çıxış edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlamlığı baxımından ciddi təhlükə törədir. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Şöbə rəisi qeyd edib ki, sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.

Çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Sonda məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar