Polis Akademiyasında simulyasiya əsaslı dərslərin keçirilməsi təcrübəsi davam etdirilir FOTOLAR
Polis Akademiyasında tədris prosesinin interaktivliyinin təmin edilməsi, mühazirə və seminar dərslərinin effektivliyinin artırılması, həmçinin təhsilalanlarda ümumi peşə bacarıqlarının formalaşdırılması məqsədilə mütəmadi olaraq təcrübə dərsləri aparılır. Simulyasiya xarakterli dərslərin keçirilməsində məqsəd kursantların tədris prosesində əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmə bacarığının formalaşdırılmasından ibarətdir.
Mubarizciler.az ın məlumatına görə, Dərslər təhsil müəssisəsinin müasir standartlara cavab verən tədris modulunda, kriminalistik poliqonunda, məhkəmə otağında, eləcə də Akademiya ərazisində keçirilir.
Akademiyada interaktiv təlim metodu ilə “İfadənin yerində yoxlanılması” mövzusunda keçirilən növbəti simulyasiya xarakterli dərs 02 oktyabr 2024-cü il tarixində “Cinayət prosesi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev tərəfindən əyani təhsil üzrə III kurs kursantları ilə təşkil olunmuşdur.
Hazırlanmış fabula üzrə kursantlar arasında qabaqcadan rol bölgüsü aparılmaqla onların sıralarından istintaq hərəkətində iştirak etmək üçün şərti təqsirləndirilən şəxs, müdafiəçi və müstəntiq seçilmişdir. Yekunda kursantlar tərəfindən qanunvericiliyin tələbi əsasında keçirilmiş istintaq hərəkətinin nəticələri üzrə protokol tərtib edilmiş, xüsusi fərqlənən kursantların qiymətləndirilməsi aparılmışdır.
Xəbəri paylaş