Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda Mübariz İbrahimovun mövlud günü ilə əlaqədar "Qəlblərdə yaşayan qəhrəmanlar" mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Tarix: 11-02-2023 20:41     Baxış: 1 689

07 fevral 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı, "Mübariz tarixçilər klubunun" iştirakı ilə öz qəhrəmanlığı ilə şəhadətə ucalan şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun mövlud günü ilə əlaqədar "Qəlblərdə yaşayan qəhrəmanlar" mövzusunda dəyirmi masa keçirildi.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mubarizciler.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva Mübariz İbrahimovun həyatından danışdı. Şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, "Mübariz tarixçilər klubunun" yaradıcı rəhbəri İlhamə Qasımova klubun yaranma tarixindən və fəaliyyətindən danışdı. Mərkəzi Kitabxananın Abonoment şöbə müdiri Gülnar Nəcəfova Milli Qəhrəman Mübariz İbrahimovun keçidiyi döyüş yolundan danışdı. " Mübariz tarixçilər klubunun" şagirdləri milli qəhrəmana həsr olunmuş şeirlər səsləndirdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi "Tarix Qəhrəmanlığı Unutmur" adlı kitab sərgisinə baxış keçirildi. Mərkəzi Kitabxananın Abonoment şöbə müdiri "Turan Mübarizi" adlı kitabın xülasəsini etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar