Carçıyev Teyyub vəzifəyə təyin edildi - FOTO
Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yeni müavin təyin olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına direktorun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsinə Carçıyev Teyyub Nüsrəddin oğlu təyin olunub.
Mubarizciler.az xəbər verir ki, Carçıyev Teyyub Nüsrəddin oğlu 12.02.1978-ci il tarixində Qazax Rayonun Çaylı kəndində anadan olub. 1995-ci ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2002-ci ildə fərqlənmə diplomu ilə Universiteti bitirib. Daha sonra həqiqi hərbi xidmət keçib. 2004-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxananın Damar cərrahiyyəsi şöbəsində həkim-cərrah işləyib.
2006-cı ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində çalışıb.
II Qarabağ müharibəsində qismən səfərbərlik sərəncamı ilə 30.09.2020-ci il tarixindən 02.02.2021-ci il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində yenidən hərbi xidmətdə olub. Xocavənd, Fizuli və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib, Prezident İlham Əliyevin Fərmanı ilə “ Şuşanın azad olunması” və “II Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. II Vətən müharibəsi veteranıdır.
2021-ci ildən indiyədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin Əməliyyatxana bölməsində bölmə müdiri vəzifəsində çalışıb.
Teyyub həkimə işlərində uğurlar arzulayırıq.
Xəbəri paylaş