Xəbər lenti

Goranboyda “1 oktyabr – Beynəlxalq Ahıllar günü” qeyd edildi FOTOLAR

Tarix: 01-10-2024 16:48     Baxış: 1 204

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində, “1 oktyabr–Beynəlxalq Ahıllar günü” ilə bağlı, tədbir keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və  xidmət sahələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri və bir qrup ictimai fəallar iştirak etdilər.

 Tədbirdə çıxış edən ağsaqqallar, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında və həyata keçirdiyi məqsədyönlü geosiyasi tədbirlər nəticəsində,  ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin daha da artdığını, dövlət suverenliyimizin bərpa olunmasını, azad olunmuş torpaqlarımızda əsaslı və genişmiqyaslı bərpa, tikinti-quruculuq işlərinin aparıldığını yüksək qiymətləndirdilər. Həmçinin, Goranboy rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında da diqqətçəkən inkişafın olduğunu vurğuladılar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar