Xəbər lenti

Kamran Əliyev həmkarı ilə Memorandum imzaladı

Tarix: 01-10-2024 15:59     Baxış: 322

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Mubarizciler.az ın məlumatına görə,  bu gün baş prokuror Kamran Əliyev Bəhreyn Krallığının baş prokuroru Ali Bin Fadhel Al-Buainainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Bəhreyn Krallığı ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən Kamran Əliyev iki ölkə arasında güclü siyasi və ticarət əlaqələrinin mövcudluğunu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığının prokurorluq orqanları  arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Bəhreyn Krallığının baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib. 

Tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlığın zərurəti qeyd olunub.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar