Daşkəsəndə Prokurorluğun peşə bayramı qeyd olunub FOTOLAR
Daşkəsən rayonunda 1 Oktyabr – Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü qeyd olunub.
Mubarizciler.az xəbər verir ki, 1 Oktyabr – Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaradılmasının 106 illiyi münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən rayon prokuroru Şahin İmanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
İcra başçısı Orxan Abbasov başda Azərbaycan Respublikasının Baş prokuroru hörmətli Kamran Əliyev olmaqla bütün prokurorluq işçilərini, həmçinin Daşkəsən rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, onlara dövlətimizin tərəqqisi naminə çətin və şərəfli xidməti fəaliyyətlərində, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının qorunması sahəsindəki xidmətlərində uğurlar arzulayıb.
Daşkəsən rayon prokuroru baş ədliyyə müşaviri Şahin İmanov bildirib ki, Daşkəsən prokurorluğu olaraq üzərilərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bundan sonra da ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından fəal iştirak edərək Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətin həyata keçirilməsində var qüvvələri ilə çalışacaqlar.
Digər çıxış edənlər də prokurorluq işçilərinə peşə bayramı günü münasibətilə təbriklərini və xoş arzularını çatdırıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbəri paylaş