Xəbər lenti

Daşkəsəndə Şəhidlər yad edilib FOTOLAR

Tarix: 30-09-2024 17:09     Baxış: 175

Sentyabrın 29-da Vətən müharibəsi şəhidləri kiçik çavuş Bağırov Eşqin Rafiq oğlunun anım günü Daşkəsən rayon Xoşbulaq kəndində və əsgər Şıxıyev Orxan Raqif oğlunun 35-ci doğum günü Daşkəsən Şəhidlər Xiyabanında məzarları başında qeyd olunub.

Mubarizciler.az xəbər verir ki, mərasimlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhid valideynləri, qazilər, sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri düzülüb, xatirələri anılıb.

İcra başçsı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidlərin şərəfli həyatından və döyüş yolundan söz açıb. Daşkəsən  rayonunda da şəhid ailələrinə hərtərəfli qayğı göstərilməsini bildirərək bu sahədə görülən bütün işlərin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu qeyd edib.

Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar