Xəbər lenti

Baş Prokuror Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb FOTOLAR

Tarix: 29-09-2024 16:37     Baxış: 287

Baş prokuror Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Dövlət naziri Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Dövlət naziri Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İlk öncə cənab Tesfaye Wakjiranı ötən ilin dekbar ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edən Baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gündən günə möhkəmləndiyini qeyd edib.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, belə beynəlxalq tədbirlərin dünya ölkələri arasında birliyin möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Kamran Əliyev Efiopiyalı həmkarını noyabrın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.

Baş prokuror Kamran Əliyev iki ölkənin prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən, ölkələrimizin “ASAN xidmət” konsepsiya çərçivəsində gördüyü işlərin mövcud qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirindən danışıb.

Nümayəndə heyətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib. 

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar