Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Ukrayna bu tarixdə Avropa İttifaqına üzv olacaq - Prezident açıqladı

Tarix: 11-02-2023 19:46     Baxış: 1 224

Ukrayna prezidenti Volodimir Zelenski bəzi Avropa liderlərinin bədbin proqnozlarına baxmayaraq, ölkəsinin iki ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına ümid edir.

Mubarizciler.az xəbər verir ki, bu barədə o, "JP Morgan" tərəfindən təşkil edilən investisiya forumunda çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, son bir ildə Ukraynada çox şey dəyişib, xüsusən, korrupsiyaya qarşı mübarizədə ciddi yol qət edilib.

“Bu gün dünya liderləri arasında bəzi pessimistlər var, Ukraynanın Avropa İttifaqına üzv olması üçün daha on il vaxt lazım olduğunu deyirlər. Amma bizi tanımırlar, hətta bəzən ruhumuzdan, enerjimizdən qorxurlar. Ona görə də mən hesab edirəm ki, biz iki ildən sonra Avropa İttifaqında olmalıyıq”, - deyə Zelenski qeyd edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar