Goranboyda Şəhidlərin anım mərasimləri qeyd edilib FOTOLAR
Goranboy Rayon İcra Hakimiyyəti nin başçısı Məhərrəm Quliyevin göstəriş və tapşırıqları əsasında Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov və Mirvari Ağamalıyeva, hüquq mühafizə orqanlarının əməkdaşları, İnzibati Ərazi dairəsi üzrə nümayəndələri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin nümayəndələrinin iştrakı ilə Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi, 2023 cü il sentyabr ayında başlanmış Lokal xarakterli antiterror tədbirləri zamanı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına Şəhid olmuş Elşad Məmməd oğlu Süleymanovun birinci il dönümü, Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Goranboy rayon Borsnlu kənd sakini Cahangir Məmməd oğlu Qurbanovun dördüncü il mərasimlərində iştirak ediblər.
İlk öncə şəhidlərimizin məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub və əziz xatirələri ehtiramla yad edilib.
Çıxış edən rəsmilər şəhid ailələrinə rayon İcra Hakimiyyətinin başçısı adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət ailələrinə səbir diləmişdir.
Sonda şəhid ailələri bu gün onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Mubarizciler.az
Xəbəri paylaş