Xəbər lenti
16-04-2025, 10:16
 

Hacıqabul Polisi “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib FOTOLAR

Tarix: 28-09-2024 12:28     Baxış: 560

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görülən qabaqlayıcı tədbirlər barədə məlumatlar verilib, cinayət əməli ilə məşğul olan hər bir şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunduğu qeyd olunub.

Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar