Xəbər lenti

Polis Akademiyasında 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Tarix: 27-09-2024 18:26     Baxış: 385

27 sentyabr  2024-cü il tarixində saat 12:00 da  Polis Akademiyasının daimi və dəyişən heyəti iş və dərs otaqlarında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Keçirilən dərslərdə kursantlara Anım Günü və Vətən müharibəsi haqqında məlumat verilib. Eyni zamanda Akademiya ərazisində yerləşdirilən monitorlarda Anım Gününə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Daxili İşlər Nazirliyi şəhid ailələri və övladlarını daim diqqət və qayğı ilə əhatə edir. Bu səbəblə Vətən müharibəsində şəhid olmuş daxili işlər orqanlarının əməkdaşlarının övladları Anım Günü ilə əlaqədar olaraq Akademiyaya dəvət olunublar.

Məktəblilər ilk olaraq Akademiyanın kursantları ilə birgə nahar ediblər. Sonra Polis Akademiyasının inzibati ərazisini gəzərək Akademiyanın maddi-texniki bazası və kursantlar üçün yaradılan şəraitlə tanış ediliblər. Eyni zamanda məktəblilərə Polis Akademiyasına qəbul qaydaları izah olunub, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar çatdırılıb. 

Sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov şəhid övladları ilə görüşüb. Akademiya rəisi 44 gün davam edən İkinci Qarabağ müharibəsindən söz açaraq rəşadətli Ordumuz və qəhrəman oğullarımız sayəsində qazanılan şanlı zəfər haqqında danışıb. Şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını ehtiramla xatırlayacağını, eyni zamanda şəhid övladlarının qayğısına qalmağın hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.

 Sonra uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.

Daha sonra Polis Akademiyasında Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və kursantları iştirak ediblər. 

 Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib  və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 

Tədbirdə çıxış edən Akademiyanın “İctimai elmlər” kafedrasının rəisi, polis        polkovnik-leytenantı Rəhim Məcnunov Vətən müharibəsi şəhidlərinin Anım Günü və Vətən müharibəsi ilə bağlı iştirakçılara məlumat verərək qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazıb. Qısa müddət ərzində sarsıdıcı zərbələrlə düşməni doğma torpaqlarımızdan qovub çıxaran cəsur Vətən övladları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda böyük qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri ortaya qoyublar. Bütün şəhidlərin əziz xatirəsinin daim dərin ehtiramla anıldığını və onların adlarının hər zaman uca tutulacağını bildirən polis polkovnik-leytenantı R.Məcnunov qəhrəman Vətən övladlarının döyüş şücaətlərinin təbliğ edilməsinin vətənpərvər gənc nəslin yetişdirilməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb. 

Sonda kursantlara 44 günlük Vətən müharibəsi dövründə torpaqların azad edilməsi ilə əlaqədar Cənab Prezidentin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar