Xəbər lenti

Goranboyda “27 sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirildi FOTOLAR

Tarix: 27-09-2024 17:35     Baxış: 532

Goranboyda,  “27 sentyabr – Anım Günü” ilə bağlı  Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirildi. Erməni hərbi  birləşmələrinin Vətənimizə  qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri vərəhbərliyi altında, işğalaltındak ıtorpaqlarımızın azad edilməsi uğrunda Şanlı Vətən Müharibəsinə başlanmasından 4 il ötür.

 

Bununla bağlı, Goranboy şəhəri  Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirildi. Tədbirdə,  rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Seymur Nazarov, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər. 

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə  Kompleksini ziyarət etdi, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu. Tədbirdə,   Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın azadlığı uğrunda, Rəşadətli  Azərbaycan Ordusunun  dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı 44 günlük Şanlı Vətən müharibəsi və 19 sentyabr 2023-cü iltarixində Şanlı Ordumuzun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror əməliyyatları barədə danışan İcra Hakimiyyəti  başçısının birinci müavini Seymur Nazarov, artıq ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırdı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar