Xəbər lenti
25-07-2026, 19:27
 

Məktəblilər lV Respublika müsabiqəsinin final mərhələsində müvafiq yerlərə layiq görülüblər - FOTOLAR

Tarix: 11-02-2023 19:32     Baxış: 2 023

Məktəblilərimiz “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsində müvafiq yerlərə layiq görülüblər. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində  “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü ilin 9-10 fevral tarixlərində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib. 



Müsabiqənin nəticəsində əsasən Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ekoklub dərnəyinin üzvü Esmira Mustafayeva "Meyvəçilik" nominasiyası üzrə I yerə, Goranboy rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Elşən Məmmədov "Arıçılıq", Elmir Mohvaliyev "Taxılçılıq", Şahin Məmmədli "Tərəvəzçilik" nominasiyaları üzrə I yerə layiq görülüblər. Bundan başqa Samux rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Yeganə Amanova "Dənli bitkilər" nominasiyası üzrə III yerə layiq görülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar