Naftalanda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib FOTOLAR
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, Şəhərin Qələbə parkında keçirilən ağacəkmə aksiyasında Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar şurasının sədri Möhübbət Bədəlov, Vətən Müharibəsində həlak olmuş Şəhidlərimizin ailələri, Naftalan ŞİH–nin məsul əməkdaşları iştirak edib, 44 ədəd zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Qeyd edək ki, Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.
Xəbəri paylaş