Xəbər lenti

Seymur Nazarov Şəhid ailələri və Qazilərlə görüşdü FOTOLAR

Tarix: 26-09-2024 16:03     Baxış: 385

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin göstəriş və tapşırıqları əsasında Aparat nümayəndələri və məsul şəxslərin iştrakı ilə  Goranboy rayonunun kənd və qəsəbələrində Şəhid və Qazi ailələri ilə görüşlər keçirilərək onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Mubarizciler.az xəbər verir ki, Dəliməmmədli şəhərində, “27 sentyabr Anım günü” ilə bağlı, Şəhid ailələri ilə görüş keçirildi. 

 “27 sentyabr Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Seymur Nazarov, rayonun xidmət sahələrinin rəhbərləri və  bir qrup  ictimai fəallar ilə birgə, Dəliməmmədli şəhərində Vətən Müharibəsi şəhidi Əliyev Sənan Ceyhun oğlunun ailəsinə məxsus həyətdə, Dəliməmmədli şəhəri, Fəxralı, Bağçakürd, Düzqışlaq, Qarasuçu və Muzdurlar kəndlərindən olan Şəhid ailələri ilə görüş keçirdi, şəhid ailələrinin sosial qayğıları ilə maraqlandı, onların təklif və müraciətlərini  dinlədi.

Sonda Şəhid ailələri və Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar