Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Daşkəsəndə növbəti səyyar qəbul keçirilib FOTOLAR

Tarix: 26-09-2024 12:20     Baxış: 245

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 25.09.2024-cü il tarixdə Alaxançallı kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Sentyabrın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Alaxançallı kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümyandəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər. 

İcra başçısı Orxan Abbasov çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə keçirilən səyyar qəbulun məqsədi sakinləri narahat edən məsələləri yerində öyrənmək və həllinə nail olmaqdır. Alaxançallı kəndinin turizm baxımdan böyük potensiala malik olduğunu qeyd edən rayon rəhbəri vurğulayıb ki, bu istiqamətdə Dövlət Turizm Agentliyi ilə birgə artıq planlama işlərinin icrasına başlanmışdır, habelə kənd icmasının davamlı sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı fəaliyyəti və məşğulluğunun artırılması diqqət mərkəzindədir.   

Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər kəndin qazlaşdırılması, kənddaxili yolun cari təmir edilməsi, işlə təmin olunma və digər şəxsi məsələlər barədə olub.

İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata alınıb. 

Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar