Xəbər lenti

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında tədbir keçirilib FOTOLAR

Tarix: 25-09-2024 17:33     Baxış: 378

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi ilə 27 sentyabr – Anım Günü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında tədbir keçirilib.

“Gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov,rayonun idarə-müəssisə rəhbərləri, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri, məktəblilər və digər nümayəndələr iştirak ediblər. 

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra Vətən Müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.

Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 44 günlük şanlı zəfər tariximizə nəzər salıb, xalqımızın, ordumuzun Müzəffər Ali Baş Komandanın dəmir yumruğu altında birləşərək tarixboyu xalqımızın qəhrəmanlı səlnaməsi olacaq qələbəmizdən söz açıb.O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, gələcəyə hesablanmış addımları bizi qələbəyə apardı.Ordunun maddi-texniki bazası yüksəldildi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün bütün lazimi tədbirlər görüldü.Nəticədə gənclər ölümün gözünə dik baxaraq vətənin müdafiəsinə qalxdı.Səfərbərlik idarələrinə qarşısına Azərbaycan gəncliyi axın etdi.Bu gün xalqımız daha inamlıdır, gələcəyə daha parlaq baxır.Çünki Azərbaycanın qətiyyətli Müzəffər Ali Baş Komandanı, milli ruhda yetişən gəncliyi var.

 SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Çıxış edən digər natiqlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəis polkovnik Zöhrab Camalov, Vətən müharibəsi qazisi Elvin Hüseynov, gənc Məhəmməd Orucov gənclərin milli ruhda təlim, tərbiyə olunmasının vacibliyindən söz açıblar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar