Xəbər lenti

İcra Başçısı Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsi ziyarət edib FOTOLAR

Tarix: 24-09-2024 17:30     Baxış: 798

Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsi ziyarət olunub.

Mubarizciler.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naftalan Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, digər məsul şəxslər Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsini ziyarət edidlər. 

Ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılmış, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi bildirilmişdir. 

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqətin ölkə Prezidentinin onlara göstərdiyi qayğısının əyani təzahürü olduğunu vurğulayaraq göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. 

Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvünün həyatı faciəvi şəkildə sona çatdı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar