Baş Prokurorluğun əməkdaşları Moskva şəhərində təlimdə iştirak edib - FOTO
Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə digər ölkələrin hüquq sahəsində ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Ramin Camalov və Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Zaur Əfəndiyev cari ilin sentyabr ayının 9-dan 20-dək Moskva şəhərində Rusiya Federasiyasının Prokurorluq Universitetində ixtisasartırma təlimində iştirak edib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Rusiya, Azərbaycan, Tacikistan və Qırğızıstan prokurorluq orqanlarının 81 əməkdaşının cəlb edildiyi təlimin yekununda iştirakçılara müvafiq sertifikatlar verilib, kreativ yanaşma və peşəkarlığa görə Ramin Camalov Universitetin rəhbərliyi tərəfindən fərmanla təltif edilib.
Xəbəri paylaş