İcra başçısı Şəhid atası ilə görüşüb - FOTO
Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov Naftalanda müalicə alır.
Mubarizciler.az xəbər verir ki, ŞİH-nin başçısı Vüqar Novruzov Şəhid atası ilə görüşüb. Görüş zamanı şəhid atasının müalicəsi ilə maraqlanmış şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıraraq, ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də həssas təbəqədən olan sakinlərimizin xüsusi qayğı ilə əhatə olunduqlarını bildirmişdir.
Həmçinin, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə dövlət başçımıza və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Şəhid Arif Hümbətov ölümündən sonra möhtərəm cənab Prezidentimizin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı ilə, həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Xəbəri paylaş