Xəbər lenti
18-11-2024, 12:06
 

“Bizə qarşı irəli sürülən iddiaların heç biri öz təsdiqini tapmadı və əsassız olduğu sübut olundu” – ŞİRKƏT DİREKTORU

Tarix: 23-09-2024 10:33     Baxış: 448

“Bizə qarşı irəli sürülən iddiaların heç biri öz təsdiqini tapmadı və əsassız olduğu sübut olundu”.

Mubarizciler.az Bakıxeber.az – a istinadən xəbər verir ki, sentyabrın 20-də “Azestetik Group MMC” şirkətində mətbuat konfransı keçirildi. Şirkətin mətbuat katibi Elnarə Dərziyeva bildirdi ki, son dövrlər bəzi media orqanlarında, sosial şəbəkələrdə, Yotube kanalında “Azestetik Group MMC” ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb və “Publika.az” və digər bəzi saytlar qarşı tərəf kimi şirkətin mövqeyini öyrənməyiblər. 

E.Dərziyeva qeyd etdi ki, “Publika.az”-da “Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər” başlıqlı yazıda Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun şirkətə qarşı əsaslandırılmamış iddiaları yer alıb, amma şirkətin mövqeyi öyrənilməyib. O qeyd etdi ki, mətbuatın əsas vəzifələrindən biri şikayəti hərtərəfli araşdırmaq, onu qarşı tərəfin mövqeyini öyrənmək şərtilə işıqlandırmaqdır. E.Dərziyevanın bildirdiyinə görə, təəssüf ki, bu şikayəti yayımlayan media qurumları şirkətin mövqeyini öyrənməyib.  O vurğuladı ki, E.Hüseynov şirkəti saxta məhsulları Azərbaycana gətirməkdə, avadanlıqlarda qanunsuz olaraq ciplərin yerləşdirilməsində, maliyyə saxtakarlığına yol verməkdə ittiham edib. “Bəzi media orqanlarında, yutub kanallarında  “Azestetik” şirkəti ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yayılıb. Burada bu iddialara aydınlıq gətiriləcək.

Dəyərli “Publika.az” da yayılan məlumat ictimaiyyətdə çaşqınlıq yaratdı və çaşqınlıq həm də “Azestetik” şirkətinin imicinə xələl gətirdi, satışına mənfi təsir göstərdi. Bu təsiri göstərməkdə də davam edir.

Bu yazı Eyyub müəllimə istinadən yazılıb, amma təəssüf ki, şirkətin mövqeyi öyrənilməyib”.

Şirkətin direktoru Rəşad Qasımov isə bildirdi ki, bütün hallarda həqiqətin üzə çıxmasına tərəfdardır və 17 illik fəaliyyətlərini də qanunlar çərçivəsində davam etdiriblər, qanundan kənar hansısa bir fəaliyyətləri yoxdur.  E.Hüseynovun iddiasının əsasız olduğunu deyən R.Qasımov qeyd etdi ki, həqiqətin olduğu kimi çatdırılmasının tərəfdarıdır: “Amma təəssüflər olsun ki, haqqımızda səsləndirilən fikirlərin heç biri həqiqəti əks etdirmir. “Azərbaycanlıları öldürən cihazlar” nə deməkdir? Bu, araşdırmanın nəticəsdirsə indiyə qədər hansı bir ölüm halı qeydə alınıb ki, belə rahat şəkildə “Azestetik” şirətinə qarşı belə bir iddia irəli sürülür? Bu sualın cavabı varsa xahiş edirəm cavab verin. Bu bizim üçün kifayət qədər ağır ittihamdır. Biz sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Eyyub müəllimi şirkətlə tanış etdik. Dünyanın 24 ölkəsindən 40-a yaxın şirkətin Azərbaycanda rəsmi nümayəndəsiyik. Burada söhbət Azərbaycanı 24 ölkədə təmsil etməkdən gedir. Nəzərinizə çatdırmaq istəyirəm ki, 17 illik fəaliyyətimizdə hələ bir dəfə də olsun nə ölüm halı qeydə alınıb, nə də başqa hal baş verib”.

Şirkət rəsmisi bildirdi ki, E.Hüseynovun iddialarını sübut edən faktlar varsa, onu açıqlasın.

AİB sədri bildirdi ki, o şirkətlə bağlı bu fikirləri ona göndərilən şikayətlərə əsasən bildirib və şikayətçilərin fikirlərinə əsaslanıb, ona müraciət edənlərin məktublarını dövlət qurumlarına yönəldib. O vurğuladı ki, dövlət qurumlarından aldığı cavab onu qane etməyib, çünki rəsmi cavablarda şirkətlə bağlı qeyd olunan nöqsanlar öz əksini tapmayıb.

E.Hüseynova jurnalistlərin ünvanladığı “bu şirkətin gətirdiyi məhsulların saxta olduğunu nəyə əsasən deyirsiz? Əlinizdə ekspertizanın rəyi varmı? Siz nüfuzlu insansınız, sizin hər bir açıqlamanız ölkədə əks –səda doğurur. Bu baxımdan, “Azestetik”in işində bu halların olduğunu necə müəyyən etdiniz” sualına cavab verən E.Hüseynov bildirdi ki, bunu sırf ona rəsmən daxil olan şikayətlərə əsasən deyib və əlində heç bir ekspertiza rəyi yoxdur. “Mən bunu istehlakçıların  bizim təşkilata ünvanladıqları şikayətlərə əsasən demişəm. O müraciətləri dövlət qurumlarına da ünvanlamışam, amma dövlət qurumlarının cavabı qaneedici olmadı”-deyə E.Hüseynov bildirdi.

Şirkətin direktoru R.Qasımov bildirdi ki, Eyyub Hüseynov ağsaqqaldır və ona hər kəs böyük hörmətlə yanaşır, gərək, o şikayəti araşdırıb, şirkətin mövqeyi ilə tanış olub sonra bu barədə mətbuata açıqlama verərərdi. O qeyd etdi ki, E.Hüseynov dediklərini heç bir sənədlə təqdim edə bilmədi. “Bizim haqqımızda deyilənlərlə bağlı qanuni şəkildə tələb qoyduq ki, dediklərini əsaslandırsın. Üç məsələyə toxunulmuşdu. Onlardan biri saxta məhsulların Azərbaycana gətirilməsi mövzusu idi ki, bununla bağlı heç bir sübut göstərilmədi. Yəni iddiaların həqiqətə uyğun olmadığı təsdiqləndi, deyilənlərin yalan olduğu üzə çıxdı. İkinci iddia satdığımız avadanlıqlarda çiplərin qanunuz olaraq quraşdırılması ilə bağlıdır ki, halbuki, qanunsuz olması ilə bağlı hər hansı bir qanundan çıxarış, yaxud bir müədda bizə göstərilmədi. Üçüncü məsələ isə, guya biz maliyyə saxtakarlığına yol veririk, şirkətin cari hesabına bağlı olan kart hesablarından köçürülən pulları şəxsi kartıma köçürdürəm. Burada heç bir mənimsəmə halından söhbət gedə bilməz. Bir də orda iddia irəli sürülmüşdü ki, guya biz kiminsə əmtəə nişanından qanunsuz olaraq istifadə etmişik. Bunun da heç bir əsası yoxdur. Biz üç ildir ki, həmin   əmtəə nişanından Azərbaycanda istifadə edirik. O əmtəə nişanının qeydiyyatı ilə bağlı bir az gecikmişdik, amma sonradan ilkinlik sənədlərini əsas gətirərək Əqli Mülkiyyət Agentliyinin Apeliyasiya Şurasına müraciət etdik. İlkinliyi əsas götürərək o əmttə nişanını qanunsuz əldə edən şirkətin adından o əmtəə nişanını ləğv etdilər. İndi o əmtəə nişanı bizim şirkətin adınadır. Biz heç bir vaxt qanunsuz fəaliyyətlə məşğul olmamışıq, fəaliyyətimiz qanun çərçivəsindədir. Bizə qarşı irəli sürülən iddiaların heç biri öz təsdiqini tapmadı və əsassız olduğu sübut olundu”-deyə R.Qasımov bildirdi.

Mətbuat konfrasında bildirildi ki, əsassız şikayət edənlər məhsulun aylıq kredit ödənişini gecikdirənlərdir və müqaviləyə əsasən gecikdirmə baş verərsə, şirkət satdığı cihazların işləkliyini dondurur. Cihazlara qoyulan ciplərin də sırf bu məqsədlə qoyulduğu və müştəri ödənişi tam həyata keçirdikdən sonra isə cipin çıxarıldığını, ona təmizlik kağızı verildiyi qeyd edildi. Mətbuat konfransında o da qeyd edildi ki, ciplərin kimisə izləmək məqsədilə qoyulduğu iddiası da tamamilə əsassızdır. Kreditə satılan məhsulun üzərinə bu ciplərin yerləşdirilməsi qanundan kənar hal deyil, çünki məhsulun pulu ödənilənə qədər o şirkətin mülkiyyəti hesab olunur.

Məlumat verildi ki, şirkətin müraciəti əsasında  əsassız şikayətlər edən, iddiaları yayan müştərilərlə bağlı cinayət işi açılıb. “Məhkəmə yolu ilə şikayətçilərin iddialarının əsassız olduğu sübut olunub. Şirkətə borclu qalanların hamısının borcunu ödəməsi ilə bağlı məhkəmə qərarı var, onlar borclarını ödəyəcəklər. Digər tərəfdən də onların mətbuatda şirkətlə bağlı yaydıqları şayiələrlə əlaqədar olaraq da 147 və 148-ci maddələrlə başqa bir məhkəmə prosesi gedir. Bunlardan maddi təzminat ödəmələri tələb olunur.

Həmçinin də şirkət əleyhinə mətbuatda gedən məlumatların silinməsi, təkzib olunması da məhkəmə qərarında əksini tapıb” – deyə mətbuat konfransında bildirildi.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar