Anar Məmmədov Oğuz rayonunda Şəhid Kənan Ağayevin anım mərasimində iştrak edib FOTOLAR
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin Deputatı Anar Məmmədov 19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Kənan Ağayevin il mərasimində iştirak edib.
Mubarizciler.az xəbər verir ki, Oğuz rayonunda keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Oğuz Rayon İcra Hakimiyyətinin başçı Cavid Əbdul-Qədirov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak etdilər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzüldü, şəhidlərin ruhuna dualar oxundu.
Sonda Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Xəbəri paylaş