Polis Akademiyasının kursantları İkinci Fəxri xiyabanı ziyarət ediblər FOTOLAR
19 sentyabr 2024-cü il tarixində Polis Akademiyasının II kursunun bir qrup kursantları lokal xarakterli antiterror əməliyyatının birinci ildönümü və 20 sentyabr Dövlət Suverenliyi Günü münasibəti ilə İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şüacətindən danışılıb, xatirələrinin xalqımız tərəfindən daim əziz tutulduğu, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub.
Mubarizciler.az ın məlumatına görə, Kursantlar şəhidlərin əziz xatirəsini yad etməyə gəlmiş şəhid valdeynləri və övladları ilə görüşüb.
Şəhid valdeynləri kusantlar üçün bu cür ziyarətlərin təşkil edilməsinə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə təşəkkürlərini bildirərək gələcəkdə vətəninə, dövlətinə və xalqına xidmət edəcək əməkdaşların belə fəaliyətlərdə iştirak etməsinin şəhidlərin xatirəsinə və onların ailə üzvlərinə dövlət tərəfindən verilən dəyərin bariz nümunəsi olduğunu bildiriblər. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin təhsilalanlarının yəni Akademiya kursantlarının aldıqları təhsil ilə yanaşı mənəvi olaraq da şəhidlik zirvəsi, şəhid yaxınlarına qayğı və diqqət ruhu ilə tərbiyə edilmələrindən çox xoşhal olduqlarını biliriblər.
Xəbəri paylaş